13 İyun 2024
Kaspi Uşaq Bağçasının Bakıxanov filialının balaca məzunları 1-ci sinfə vəsiqə qazandılar
“Elə bil dünən idi. Ağlayaraq əlindən tutub gətirdiyiniz, bizə əmanət etdiyiniz bu uşaqlar bu gün bağçadan məzun olub məktəbə getməyə hazırlaşırlar. Onlar həyat yolunda artıq ilk addımlarını atırlar. Bu uşaqlar sabahın ümididir, ölkəmizin gələcəyidir. Ümid edirik ki, bağçada öyrəndikləri təməl biliklər onların yoluna işıq salacaq”. Kaspi Uşaq Bağçasının Bakıxanov filialının Məktəbəhazırlıq bölməsi olan Kaspi KİDS-in “Məzun olduq” adlı tədbiri bu sözlərlə başladı. Bağçanın Azərbaycan və rus bölməsi üzrə 5-6 yaşlı uşaqlarının sevinci və fərəhi bir-birinə qarışdı. Əl-əlvan geyimli uşaqların “Şuşa” kompozisiyası “Şuşa İli”nə layiqli töhfə oldu. Onlar mahnılarla, şeirlərlə, rəqslərlə, səhnəciklərlə Zəfər Gününü vəsf etdilər, şəhidlərimizi andılar, qazilərimizə ehtiramlarını ifadə etdilər, məktəb və müəllimlərinə, valideynlərinə məhəbbətlərini bildirdilər.
Designed with love © Marketify