17 Yanvar 2025
“Dünya gözəldir. Dünyanı gözəlləşdirən qadınlardır...” Kaspi Uşaq Bağçasında (Bakıxanov filialı) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə səslənən bu fikirlər Yer üzünün bütün gözəlliklərini təcəssüm etdirən Qadınlara- analara, nənələrə, qız-gəlinlərə, şəhid analarına ünvanlandı.
Bağçanın 3-4, 4-5, 5-6 yaşlı qruplar üzrə təlim-tərbiyə alan uşaqlarının hazırladıqları şeir, rəqs və mahnı çələngi, səhnəciklər Qadınlar bayramına ən gözəl ərməğan oldu. Bağçanın Azərbaycan və rus dili qruplarının ayrı-ayrılıqda təqdim etdikləri performanslar böyük maraqla qarşılandı. Uşaqlar milli geymdə bölgələrimizin adət-ənənəsini təqdim etdilər, ana və nənələrə həsr olunan şeirləri və mahnıları şövqlə oxudular, Azərbaycan və xarici ölkələrin musiqilərinin sədası altında rəqs etdilər. Uşaqların “Arılar”, “Centlemen”
“Şən dialoq və mama” rəqsləri, əyləncəli rəqs nömrələri, “Rənglərin söhbəti”, “Sehrli söz”, “Məktəb ləvazimatları” adlı səhnəcikləri, “Dünya gözəldir” kompozisiyası tədbirə toplaşan valideynləri, şəhid anaları və lisey rəhbərliyi tərəfindən alqışlarla qarşılandı.
Designed with love © Marketify