14 Sentyabr 2023
Bağçanın meneceri Könül Əliyeva “Məzun günü”nə toplaşan valideyn, müəllim və şagirdləri salamladı: “Məktəbəhazırlıq yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətinin, eləcə də kommunikativ, oyun və digər bacarıqlarının inkişafında böyük rol oynayır. 5-6 yaşlı məzunlarımız bu mərhələni uğurla keçdilər”. K.Əliyeva valideynlərə təşəkkür etdi: “Biz bu gün bu uşaqlardan ayrılırıq. Onlar bağçada oxumağı, yazmağı öyrəndilər. Bundan sonra bu uşaqlar birinci sinifdə oxuyacaq, məktəbdə ilk addımlarını atacaqlar. Biz də bu uğurun bir parçası olmağımızla fəxr edirik!”
Designed with love © Marketify